Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
# 06 oktyabr 2008 07:27 (UTC +04:00)
Bakı. APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 5-də saat 09.20-dən 09.25-dək və oktyabrın 6-da saat 00.40-dan 00.55-dək Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi və İcevan rayonu Azatamut kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən mövqelərini, saat 13.10-dan 13.20-dək, 14.45-dən 17.45-dək, 19.20-dən 22.50-dək və oktyabrın 6-da saat 02.25-dən 02.45-dək fasilələrlə Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.10-dan 02.20-dək və 05.40-dan 05.45-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR