Bank Of Baku

Əbülfəs Qarayev: “AŞ PA Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun missiyasının vahid tərkibdə təşkil olunmasında israr edirik”

Əbülfəs Qarayev: “AŞ PA Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun missiyasının vahid tərkibdə təşkil olunmasında israr edirik”
# 06 oktyabr 2008 09:06 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun missiyası Azərbaycana səfər etməyi planlaşdırır. Biz əvvəlki kimi missiyanın vahid tərkibdə təşkil olunmasında israr edirik”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Onun sözlərinə görə, Azərbaycan ölkəmizə, işğal altında olan ərazilərə və Ermənistana səfər edəcək missiyanın eyni tərkibdə olmasını istəyir. Əbülfəs Qarayev bildirib ki, Ermənistanda islam mədəni abidələrinin dağıdılmasına dair Azərbaycan tərəfdə faktlar mövcuddur: “Hazırda tərəflərə alternativ missiya variantları təklif olunur, bu, missiyanın müxtəlif vaxtlarda hər bir regiona səfər etməsi deməkdir. Bu variant bizi qane etmir, çünki missiyanın tərkibində dəyişiklik ola bilər və nəticədə müxtəlif fikirlər meydana çıxar”. Nazir bildirib ki, Ermənistanın səfərlə bağlı hər dəfə yeni təklif irəli sürməsi bu missiyanın həyata keçirilməsi üçün problemlər yaradır: “Missiyanın baş çəkəcəyi abidələrin siyahısı hələ dəqiqləşdirilir, problem ondadır ki, Ermənistan tərəfi bu prosesi uzadır. Bununla belə, Azərbaycan Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun missiyasını qəbul etməyə hazırdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR