Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib
# 06 oktyabr 2008 11:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, yığıncaqda müxalifət düşərgəsində təmsil olunan milli-demokratik qüvvələrin bir arada olmasının vacibliyi vurğulanıb, o cümlədən qurumun genişlənməsi məsələsi və İranda yaşayan Azərbaycan türklərinin milli hüquqları ilə bağlı yaranan problemlər müzakirə mövzusu olub. Toplantıda Qərbi Azərbaycandan soydaşlarımızın sonuncu deportasiyasının 20 illiyi ilə bağlı tədbirlərin keçirilməsi və Qarabağ Forumuna hazırlıq işlərinin başlanmasına dair də qərarlar qəbul edilib. Qeyd edək ki, DUİ-də AMDP, KXCP, Azadlıq Partiyası və Böyük Azərbaycan Partiyası təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR