Bank Of Baku

ADP: Türkiyənin Dağlıq Qarabağ probleminin həllində aktivləşməsi ümidverici perspektivlər vəd edir

ADP: Türkiyənin  Dağlıq Qarabağ probleminin həllində aktivləşməsi ümidverici perspektivlər vəd edir
# 06 oktyabr 2008 13:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyası (ADP) Azərbaycan hakimiyyətini Türkiyənin Cənubi Qafqazda mövcud olan problemlərin həllində rolunun artırılmasına dəstək verməyə çağırıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu çağırış ADP-nin İdarə Heyətinin bu gün keçirilən iclasında səslənib. Partiya rəhbərliyi hesab edir ki, son vaxtlar Türkiyənin regionda, o cümlədən Dağlıq Qarabağ probleminin həllində aktivləşməsi ümidverici perspektivlər vəd edir. Dağlıq Qarabağ problemi ətrafında aparılan danışıqları müzakirə edən ADP İH ATƏT-in Minsk Qrupunun üzvlərinin hələ də ədalətli mövqe tutmadıqlarını, xüsusən münaqişəli vəziyyətlə bağlı ikili standart siyasəti apardıqlarını bir daha vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR