Bank Of Baku

Ədalət Partiyasının sədri İlyas İsmayılov Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Ədalət Partiyasının sədri İlyas İsmayılov Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
# 06 oktyabr 2008 15:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovla görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İ. İsmayılov səfirdən Rusiyada həbs olunmuş oğlu Etimad İsmayılovun məhkəmə işinə Moskvada baxılması üçün öz hökumətinə rəsmi qaydada müraciət etməsini xahiş edib. İ. İsmayılov xahişini onunla əsaslandırıb ki, oğlunun istintaqının və məhkəmə prosesinin Çelyabinsk şəhər Məhkəməsində aparılması Rusiya Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin tələblərinə zidd olmaqla bərabər, həm də işə obyektiv baxılmasına maneçilik törədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR