Bank Of Baku

Piter Semnebi müxalifət təmsilçiləri ilə görüşüb

Piter Semnebi müxalifət təmsilçiləri ilə görüşüb
# 06 oktyabr 2008 15:08 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün bir neçə müxalifət partiyasının liderləri ilə görüş keçirib. BQp mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə prezidentliyə namizəd Fazil Qəzənfəroğlu, AXCP sədri Əli Kərimli, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov və Ümid Partiyasının sədr müavini Ənvər Ağazadə iştirak ediblər. Seçki kampaniyasının gedişi ilə bağlı qonağa məlumat verən Fazil Qəzənfəroğlu bir neçə rayonda seçicilərlə görüş keçirdiyini bildirib. O, təbliğat kampaniyasını “qapı-qapı” deyil, “beyin-beyin” prinsipi ilə apardığını qeyd edib. Prezidentliyə namizəd ölkədə demokratikləşmə problemlərinə də toxunub, bu seçkilərin Azərbaycanda demokratikləşmə prosesinə müsbət təsir edəcəyinə inandığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR