Bank Of Baku

Atatürk Mərkəzində Türkiyə Cümhuriyyətinin qurulmasının 85 illiyi münasibətilə tədbir keçirilib

Atatürk Mərkəzində Türkiyə Cümhuriyyətinin qurulmasının 85 illiyi münasibətilə tədbir keçirilib
# 28 oktyabr 2008 10:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Sosial Rifah Partiyası Türkiyə Cümhuriyyətinin qurulmasının 85 illik yubileyi münasibətilə Atatürk Mərkəzində tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, millət vəkilləri, siyasi partiya rəhbərləri və tələbələr iştirak edib. Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı tədbirdə çıxış edərək Türkiyə Cümhuriyyətinin yaranması zamanı mövcud olan daxili və beynəlxalq vəziyyət barədə danışıb. O bildirib ki, Osmanlı İmperiyasının çökməsindən istifadə edən bir sıra xarici qüvvələr Türkiyəni müstəmləkə halına salmağa çalışıblar, ancaq Atatürkün səyi nəticəsində Türkiyə öz müstəqilliyini qoruya bilib. Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov Türkiyə Cümhuriyyətinin qəhrəmanlıqla, böyük itkilər, qurbanlar hesabına qurulduğunu xatırladıb. O, Atatürkün demokratik respublika qurmaq iddiasında olduğunu və bunu həyata keçirə bildiyini qeyd edib. N. Cəfərov cümhuriyyətin qurulmasında təkcə Anadolu türklərinin deyil, bütün türk xalqlarının iştirak etdiyini vurğulayıb. Millət vəkili Qənirə Paşayeva isə Türkiyənin mövcudluğunun digər türk dövlətləri üçün böyük dəstək olduğunu qeyd edib. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da bayramla bağlı öz fikirlərini bildirdikdən sonra bağça uşaqlarının iştirakı ilə türk marşları səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR