Bank Of Baku

Azərbaycan Milli Məclisi Müslüm Maqomayevin xatirəsini yad edib

Azərbaycan Milli Məclisi Müslüm Maqomayevin xatirəsini yad edib
# 28 oktyabr 2008 10:08 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında cari məsələlər müzakirə olunub. APA-nın xəbərinə görə, millət vəkili Elmira Axundova SSRİ xalq artisti Müslüm Maqomayevin vəfatı ilə bağlı çıxış edib. Millət vəkili M. Maqomayevin vəfatını Azərbaycan üçün böyük itki adlandırıb. Prezident İlham Əliyevin onun cənazəsinin Azərbaycana gətirilməsi, Bakıda dəfn olunması barədə tarixi qərar verdiyini qeyd edən E. Axundova M. Maqomayevin xatirəsinin Milli Məclisdə yad olunmasını təklif edib. MM üzvləri mərhumun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra millət vəkili Qüdrət Həsənquliyev Ukraynada 1932-33 illərdə insanlığa qarşı törədilən cinayətlərin ildönümünün qeyd olunması barədə danışıb. Deputat Azərbaycan prezidentinin də bu tədbirə dəvət olunduğunu qeyd edərək təklif edib ki, Milli Məclis Ukraynada baş verənlərə münasibət bildirməli, həmrəylik nümayiş etdirməlidir.

Millət vəkili Gülər Əhmədova isə Azərbaycan Ordusunda psixoloji gərginliklər olduğunu deyib. Deputat MM-in Azərbaycan Ordusunda baş verənlərə münasibət bildirməsini, bununla bağlı araşdırma aparmasını təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR