Bank Of Baku

Aydınlar Partiyası noyabrın sonuna qədər təsis ediləcək

Aydınlar Partiyası noyabrın sonuna qədər təsis ediləcək
# 28 oktyabr 2008 11:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. AXCP Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəylinin yaratmağa başladığı Aydınlar Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Təşkilat Komitəsinin üzvü Xanoğlan Əhmədov APA-ya bildirib ki, Q. Əlibəyli iclasda çıxış edərək təsis qurultayına hazırlıq barədə məlumat verib. O, indiyə qədər 20-dən çox rayonda yerli təşkilatların formalaşdığını və gələn həftədən həmin təşkilatlarda təsis konfranslarının keçiriləcəyini deyib. Q. Əlibəyli qurultay ərəfəsində azı 30 rayonda yerli təşkilatların yaradılacağını söyləyib. Partiyanın noyabrın sonuna kimi təsis edilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR