Bank Of Baku

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri ABŞ-da keçiriləcək prezident seçkilərini izləyəcək

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri ABŞ-da keçiriləcək prezident seçkilərini izləyəcək
# 28 oktyabr 2008 13:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbərliyi ABŞ-da noyabrın 4-də keçiriləcək prezident seçkilərini izləmək üçün bu ölkəyə gedəcək. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, MSK sədri Məzahir Pənahov və qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov noyabrın 1-dən 6-dək ABŞ-da olacaqlar. MSK rəhbərliyini ABŞ-a Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) prezidenti Jan Piyer Kinqli dəvət edib. Səfərdə məqsəd seçki sahəsində təcrübə mübadiləsi aparmaq, ABŞ-ın seçki praktikası ilə bir daha yaxından tanış olmaq və İFES-in seçkilərlə bağlı təşkil etdiyi tədbirlərdə iştirakdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR