Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Demokratiya Uğrunda İttifaq bələdiyyə seçkisinə blok şəkildə qatıla bilər”

Mirmahmud Mirəlioğlu: “Demokratiya Uğrunda İttifaq bələdiyyə seçkisinə blok şəkildə qatıla bilər”
# 28 oktyabr 2008 13:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Demokratiya Uğrunda İttifaqın bələdiyyə seçkisinə blok şəkildə qatılması müzakirə mövzusudur”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, qarşıdan gələn seçkilərə qədər Demokratiya Uğrunda İttifaqın (DUİ) genişlənməsi nəzərdə tutulub və qurumun seçki ilə bağlı fəaliyyət planı da mövcuddur. M. Mirəlioğlu müxalifət düşərgəsinin yaxınlaşması istiqamətində gedən proseslərə də münasibətini bildirib: “Partiyalar arasında müzakirələr qruplar şəkildə aparılıb. Sonda bu müzakirələrin geniş formatda davam etdirilməsi nəzərdə tutulmuşdu. Ancaq danışıqlar haqda açıqlamalar prosesin gedişinə maneə yaradır. Ona görə də danışıqların davam etdirilməsi sual altında qalıb”. O, qarşıya çıxan maneələrin aradan qalxacağına ümid etdiyini söyləyib: “Yəqin ilkin olaraq gələn il keçiriləcək bələdiyyə seçkilərinə qədər müxalifətin yaxınlaşmasına və hər hansı birlikdə təmsil edilməsinə nail olunacaq. Bu baş vermədiyi təqdirdə, öz işlərimizi davam etdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR