Bank Of Baku

Milli Məclisdə bəzi qanunlara əlavə və dəyişiklik edilib

Milli Məclisdə bəzi qanunlara əlavə və dəyişiklik edilib
# 28 oktyabr 2008 15:45 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə olunub. APA-nın xəbərinə görə, sənəd haqqında parlamentin Regional məsələlər daimi komissiyasının üzvü Tahir Süleymanov məlumat verib. O bildirib ki, sözügedən məsələ ilə bağlı “Hərbi qulluqçuların statusu haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında” qanunlara və Torpaq Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Deputat təklif olunan əlavə və dəyişikliklə bələdiyyə torpaqlarının hərrac yolu ilə verilməsinin tənzimlənməsinin nəzərdə tutulduğunu deyib. Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib.

Milli Məclisin bugünkü iclasında həmçinin “Üzümçülük və şərabçılıq haqqında” qanuna əlavələr edilməsi, “İqlim dəyişilmələri haqqında” çərçivə Konvensiyasına dair Kioto Protokolunun B əlavəsinə düzəlişin təsdiqlənməsi, Azərbaycanla Almaniya arasında texniki əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə məsələlər və digər sənədlər də müzakirə edilərək qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR