Bank Of Baku

Azərbaycan prezidenti Rəssamlar İttifaqı və Yazıçılar Birliyinin əsaslı təmir və yenidənqurma işləri aparılmış binaları ilə tanış olub

Azərbaycan prezidenti Rəssamlar İttifaqı və Yazıçılar Birliyinin əsaslı təmir və yenidənqurma işləri aparılmış binaları ilə tanış olub
# 28 oktyabr 2008 15:52 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 28-də Rəssamlar İttifaqının binasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Rəssamlar İttifaqı
1926-cı ildə tikilmiş binanın birinci mərtəbəsində yerləşir. Memarlıq abidəsi olan binada həm də Vəcihə Səmədova adına sərgi salonu fəaliyyət göstərir.

Ötən müddətdə burada əsaslı təmir və bərpa işləri aparılmayıb. Prezidentin sərəncamına əsasən, ötən ilin martında burada ilk dəfə yüksək səviyyədə bərpa və yenidənqurma işlərinə başlanılıb.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov görülən işlər barədə prezidentə məlumat verib. Dövlət başçısı təmir və bərpa işlərindən razı qalıb.

Prezident bu gün Yazıçılar Birliyinin əsaslı təmir və yenidənqurma işləri aparılmış binası ilə də tanış olub. 1915-ci ildə tikilmiş, paytaxtın memarlıq abidələrindən olan və indiyədək heç vaxt əsaslı təmir edilməyən binada prezidentin sərəncamına əsasən, 2007-ci ilin martında əsaslı təmir işlərinə başlanılıb.

Yazıçılar Birliyinin sədri Anar təmir və yenidənqurma işləri barədə prezidentə məlumat verib. Sonra dövlət başçısı Yazıçılar Birliyinin ayrı-ayrı iş otaqları, yaradılan şəraitlə tanış olub, vaxtilə xalq şairi Səməd Vurğunun işlədiyi otağa baxıb.

Prezident İ. Əliyev binanın lazımi avadanlıqla təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR