Bank Of Baku

Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 15 il ötür

Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 15 il ötür
# 29 oktyabr 2008 08:10 (UTC +04:00)
APA-nın məlumatına görə, Avropanın ən böyük çinar meşələrinin yerləşdiyi, molibden, qızıl, qranit və digər yeraltı ehtiyatlarla zəngin olan, mühüm strateji əhəmiyyətə malik Zəngilan rayonu ermənilər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. 707 kvadrat kilometr ərazisi, 34 min nəfər əhalisi olan Zəngilan rayonu erməni təcavüzü zamanı 188 şəhid verib, 44 nəfər rayon sakini hələ də itkin düşmüş sayılır. Zəngilan Azərbaycanın sonuncu işğal edilən rayonudur. Rayonun işğal haqqında əvvəlcədən məlumatlandırlması daha böyük qətliamın qarşısını alıb. Ermənistan Silahlı Qüvvələrinin Zəngilan rayonunu işğal etməsi nəticəsində 33 min zəngilanlı məcburi köçkün düşüb. Erməni vəhşiliyinin qurbanı olan rayonda hazırda ekoloji terror davam edir. Ermənilər əsrlərin yadigarı olan çinar ağaclarını məhv edir, təbii ehtiyatlarla zəngin ərazilər qeyri-qanuni olaraq mənimsəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR