Bank Of Baku

Sərdar Cəlaloğlu ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin proqram meneceri ilə görüşüb

Sərdar Cəlaloğlu ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin proqram meneceri ilə görüşüb
# 29 oktyabr 2008 10:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu partiyanın mərkəzi qərargahında ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin proqram meneceri Aida Suyunduyeva ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanda keçirilmiş prezident seçkiləri, seçkidən sonra ölkədə yaranmış mövcud ictimai-siyasi vəziyyət, partiyanın seçkilərə olan münasibəti və seçkidən sonra ADP-nin fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. MDİ rəsmisi növbəti mərhələdə ölkədə demokratik təsisatların inkişafı naminə ADP ilə qarşılıqlı əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildirib. ADP sədri isə təmsil etdiyi partiyanın prezident seçkiləri ilə bağlı rəsmi mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Eyni zamanda partiyanın aparacağı siyasi mübarizədə konstruktivlik mövqeyinə sadiq qalacağını bildirməklə ADP-nin bələdiyyə və parlament seçkilərinə hazırlaşdığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR