Bank Of Baku

Açıq Cəmiyyət Partiyası dövlət qeydiyyatına alınmaq üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edəcək

Açıq Cəmiyyət Partiyası dövlət qeydiyyatına alınmaq üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edəcək
# 30 oktyabr 2008 08:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Açıq Cəmiyyət Partiyası (ACP) dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə və qərargahla təmin olunmaq üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə (DƏİEDK) yaxın günlərdə yenidən müraciət edəcək. Partiyanın sədri Akif Şahbazovun sözlərinə görə, iki aydır ACP qərargahdan çıxarılıb və hazırda siyasi fəaliyyət göstərmək üçün imkanları məhduddur. Partiya sədri ACP-nin dövlət qeydiyyatına alınmamasının da problemlər yaratdığını qeyd edib. Prezident seçkilərində ACP-nin hakimiyyətin namizədini müdafiə etməsinin bu problemlərin həllinə yardımçı olub-olmayacağına gəldikdə, A. Şahbazov bildirib ki, bunlar fərqli məsələlərdir: “Biz İlham Əliyevin namizədliyini müdafiə etmək qərarı qəbul edərkən hər hansı umacağımız olmayıb. Biz sadəcə reallığı düzgün qiymətləndirmişik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR