Bank Of Baku

Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan partiyalar seçkidən sonra bir araya gəlməyiblər

Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan partiyalar seçkidən sonra bir araya gəlməyiblər
# 30 oktyabr 2008 09:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Prezident seçkilərini boykot edən Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan partiyalar seçkidən sonra bir araya gəlməyiblər. Bunu APA-ya mərkəzdə təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. O bildirib ki, əslində müxalifət liderlərinin toplanması üçün ciddi bir səbəb yoxdur: “Biz düşünürük ki, yaranmış vəziyyətə qiymət vermək lazımdır. Düzdür, ölkədə situasiya yeniləşib, amma hələ sona qədər aydınlaşmayıb. Hər hansı məsələ olduqda, müəyyən məsələləri telefon vasitəsilə koordinasiya edirik. Ehtiyac yaranan kimi toplanacağıq”.

“Azadlıq” blokunun fəaliyyətinə gəldikdə, Ə. Əliyev blokun MƏM-də “beşlik” çərçivəsində fəaliyyət göstərmək fikrində olduğunu söyləyib: “Biz bu formatda fəaliyyəti hələlik məqsədəuyğun hesab edirik. Bu fəaliyyət möhkəmlənsə, təşkilatlansa, “Azadlıq” bloku da tam olaraq həmin formatın tərkibində fəaliyyətini davam etdirəcək. Əks halda, blok ayrılıqda fəaliyyət göstərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR