Bank Of Baku

Bakıda İranda azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından Qulamrza Əmaninin anım mərasimi keçirilib

Bakıda İranda azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından Qulamrza Əmaninin anım mərasimi keçirilib
# 30 oktyabr 2008 14:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Oktyabrın 24-də Əhər-Təbriz yolunda baş vermiş avtomobil qəzasında ölən İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından Qulamrza Əmaninin anım mərasimi keçirilib. APA-nın məlumatına görə, Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə keçirilən tədbirdə qurumun həmsədri Sabir Rüstəmxanlı azərbaycanlı hüquq müdafiəçilərinə olan mənfi münasibəti pisləyib. O, bu hadisəni İran dövləti tərəfindən azərbaycanlı liderlərə qarşı gerçəkləşdirilən terror aktı kimi dəyərləndirib. S. Rüstəmxanlı İranda yaşayan 30 milyondan çox azərbaycanlının ana dilində tədris verən təhsil müəssisələrinin olmamasını islam və beynəlxalq qanunlara zidd adlandırıb. Milli Məclisin deputatı, tarixçi-alim Cəmil Həsənli deyib ki, 3-5 nəfərin ölümü milli mübarizə prosesinin qarşısını ala bilməz. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu İran hakimiyyətini antiislam quruluşu adlandırıb. Analoji anim mərasimləri DAK-ın Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qanadın və Güney Azərbaycan Milli Oyanış Hərəkatın (GAMOH) təşəbbüsü ilə də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR