Bank Of Baku

Əli Əhmədov: “Siyasi partiyalar qərargah problemini özləri üçün bina tikməklə həll etməlidir”

Əli Əhmədov: “Siyasi partiyalar qərargah problemini özləri üçün bina tikməklə həll etməlidir”
# 30 oktyabr 2008 14:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov qərargahı olmayan siyasi partiyaların özləri üçün bina tikməsi təklifi ilə çıxış edib. Bəzi siyasilərin hökumətin partiyalar üçün bina və maliyyə vəsaiti ayırması ilə bağlı təklifləri barədə APA-nın sualını cavablandıran Ə. Əhmədovun sözlərinə görə, bu, düzgün yanaşma deyil. Sədr müavini Azərbaycanın demokratik dəyərlər və bazar münasibətlərini özündə ehtiva edən bir mərhələni yaşamaqda olduğunu, ölkədə siyasi partiyaların sayının çox olduğunu bildirib: “Həmin partiyaların da çox böyük bir hissəsi formal, heç bir fəaliyyəti olmayan partiyalardır. İndi bu partiyaların hər biri özünə bina istəyə bilər. Əgər qanun əsasında partiyalara bina verilməsi məsələsi təsbit olunsa, o zaman hər kəs qoltuğuna bir “papka” vurub bina tələb edəcək. Dövlət bu adamların hər birinə binanı haradan versin? Kimsə özünə partiya yarada bilirsə, həqiqi mənada onu dəstəkləyənlər varsa, yığışıb özlərinə bina tiksinlər. Bu, demokratik, azad bazar münasibətləri ilə yaşayan ölkənin siyasi həyatının normal hadisəsi olacaq. Bundan kənarda isə məsələ normallığından çıxacaq. Azərbaycanda 4-5 yox, 50-dən çox partiya var. Hökumət onların hansına bina versin? Bu partiyalar özlərinə bina tikməyi bacaracaqlarsa, deməli partiyadırlar, bacarmırlarsa, özlərini təmin edə bilmirlərsə, deməli onlar partiya deyillər, partiya adından möhtəkirliklə məşğuldurlar”. Ə. Əhmədov partiyaların maliyyələşməsinin də həmin partiyaların tərəfdarları tərəfindən həyata keçirilməsini vacib sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR