Bank Of Baku

Azərbaycan Milli Məclisində yazıçı Rüstəm İbrahimbəyovla bağlı müzakirələr aparılıb - YENİLƏNİB

Azərbaycan Milli Məclisində yazıçı Rüstəm İbrahimbəyovla bağlı müzakirələr aparılıb - <font color=red>YENİLƏNİB</font>
# 31 oktyabr 2008 09:37 (UTC +04:00)
Deputat Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, yazıçı Rüstəm İbrahimbəyovun “pravda.ru” saytına müsahibəsində Azərbaycan xalqını təhqir etdiyini bildirib. Y. Mahmudov deyib ki, yazıçı müsahibədə ermənilər Bakını tərk edəndən sonra Bakı elitasının yoxa çıxdığını qeyd edib.

R. İbrahimbəyovun qeyd edilən müsahibədə ermənilərin təəssübünü çəkdiyini bildirən millət vəkili buna kəskin etiraz edib: “O, ermənilərlə birgə kino çəkirsə, bunun Azərbaycana dəxli yoxdur. Mən belə Azərbaycan ziyalısı tanımıram”. Y. Mahmudov deyib ki, bununla bağlı ölçü götürülməlidir.

Y. Mahmudovun çıxışı bitəndən sonra əksər deputatlar məsləyə münasibət bildirmək üçün spikerdən söz istəyiblər. Gündəlikdəki məsələlərin müzakirəsi dayanıb, deputatlar qeyd edilən müsahibə ilə bağlı çıxışlara başlayıblar.

Deputatlardan Bəxtiyar Əliyev, Fəzail İbrahimli, Asəf Hacıyev söz alaraq, Rüstəm İbrahimbəyovun müsahibəsində yer alan fikirlərdən böyük narahatlıq keçirdiklərini bildirib, Milli Məclisin məsələyə münasibət bildirməsinin vacibliyini qeyd ediblər. Deputat Nizami Cəfərov da qeyd edib ki, parlamentin bu məsləyə öz reaksiyası olmalıdır: “Rüstəm İbrahimbəyov Azərbaycan xalqından üzr istəməlidir. Onun belə danışması təsadüfü deyil”.

Millət vəkili Fazil Qəzənfəroğlu isə alternativ çıxış etmək təşəbbüsü ilə dəfələrlə müraciət etsə də, Milli Məclisin sədri Oqtay Əsədov ona söz verməyərək, çıxışları kəsib, deputatlardan gündəlikdəki məsələlər barədə danışmağı xahiş edib. Bununla belə, spiker qeyd edib ki, ermənilər bu yazıdan sui-istifadə edəcəklər: “Hesab edirəm ki, Azərbaycan xalqı bütövlükdə elitadır. Kim çətin gündə Azərbaycanın yanında olubsa, bu xalqın ziyalısı da odur”.

Millət vəkili, yazıçı Əkrəm Əylisli ayağa qalxaraq, məsələ ilə bağlı alternativ sözə ehtiyac olduğunu bildirsə də, spiker ona və çıxış etmək istəyən digər deputatlara söz verməyib. O. Əsədov deyib ki, ehtiyac olarsa, iclasın sonunda məsələ ilə bağlı əlavə müzakirələr aparıla bilər.

Qeyd edək ki, iclasda R. İbrahimbəyovun qardaşı, deputat Maqsud İbrahimbəyov da iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR