Bank Of Baku

AMİP digər siyasi partiyalarla əməkdaşlıq məsələsinə yenidən baxacaq

AMİP digər siyasi partiyalarla əməkdaşlıq məsələsinə yenidən baxacaq
# 31 oktyabr 2008 10:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) siyasi partiyalarla əməkdaşlıq məsələsinə yenidən baxacaq. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, məsələ Siyasi Şuranın sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib. Ə. Orucov digər partiyalarla əməkdaşlıqla bağlı partiya rəhbərliyində müxtəlif təkliflərin olduğunu və bu təkliflərin hər birinə ayrı-ayrılıqda baxılacağını deyib. O, iclasda növbəti bələdiyyə seçkilərinə hazırlıq və növbədənkənar qurultayın keçirilməsinin də müzakirə ediləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR