Bank Of Baku

ADP hesab edir ki, Rusiya Azərbaycan və Gürcüstan arasında münaqişə yaratmaq istəyir

ADP hesab edir ki, Rusiya Azərbaycan və Gürcüstan arasında münaqişə yaratmaq istəyir
# 31 oktyabr 2008 12:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Rusiyanın Azərbaycanla Gürcüstan arasında münaqişə yaratmaq niyyətində olduğunu bəyan edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, MDB Dövlətləri İnstitutunun Qafqaz bölməsinin rəhbəri Mixail Aleksandrovun adı ilə mətbuata ötürülmüş açıqlama əslində Rusiyanın xüsusi xidmət idarələrində hazırlanıb. ADP hesab edir ki, bu, bir tərəfdən Rusiyanın Gürcüstanı yenidən parçalamaq niyyəti güdməsini, digər tərəfdən bölgədə mehriban dostluq münasibətləri olan Gürcüstanla Azərbaycanı ərazi münaqişəsinə cəlb etmək istədiyini göstərir.

Xatırladaq ki, M. Aleksandrov Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyini tanımasının əvəzində Rusiyanın tarixi Azərbaycan ərazisi olan Gürcüstanın Marneuli rayonunun Azərbaycana verilməsinə köməklik göstərə biləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR