Bank Of Baku

Fuad Əliyev qərargah istəyir

Fuad Əliyev qərargah istəyir
# 31 oktyabr 2008 12:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, F. Əliyev prezident seçkilərindən sonra ölkədəki ictimai-siyasi vəziyyət, təşkilatın qərargah problemi və 2009-cu ildə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı məsələlərə toxunub. O, 1999-cu ildən dövlət qeydiyyatında olan ALDP-nin indiyə qədər ofislə təmin edilmədiyini deyib: “Hər dəfə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi partiyanın müraciətlərinə əsassız cavablar verir. Məhkəmələr də düzgün qərar çıxarmır. Xətai rayon Məhkəməsinin dövlət komitəsinin lehinə çıxardığı qərarı Apellyasiya Məhkəməsi də qüvvədə saxlayıb”. F. Əliyev bildirib ki, problem Azərbaycanda çözülməsə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.

Prezidentliyə keçmiş namizəd ALDP-nın siyasi mövqeyi barədə də danışaraq heç bir qüvvənin diktəsi ilə hərəkət etmədiklərini söyləyib: “Biz heç bir bloka qoşulmaq istəmirik. ALDP konstruktiv müxalifətdə olan partiyadır”. O, prezident seçkisini boykot edən müxalifət partiyalarının addımını pisləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR