Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Zəlimxan Məmmədlinin açıqlamaları əhəmiyyət kəsb etmir”

Mirmahmud Mirəlioğlu: “Zəlimxan Məmmədlinin açıqlamaları əhəmiyyət kəsb etmir”
# 01 noyabr 2008 09:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Zəlimxan Məmmədlinin partiya ilə bağlı açıqlamalarının Nəzarət Təftiş Komissiyasında müzakirəsinə ehtiyac yoxdur. Çünki bu o qədər əhəmiyyət kəsb etməyən məsələdir ki, bununla bağlı hansısa iclasın keçirilməsi gülüş doğurar”. Bu sözləri APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O, KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədlinin qurum daxilindəki proseslərlə bağlı açıqlamalarına əhəmiyyət vermədiyini də söyləyib: “Bu, Zəlimxan Məmmədlinin taktikası və siyasətidir. O, siyasəti belə başa düşür. Halbuki siyasi partiyalara bağlı adamların qurum daxilində baş verənləri mətbuata çıxarması yolverilməzdir. Lakin demokratiya adı altında belə işlər görülür və bunu təbii qarşılamaq lazımdır”.

M. Mirəlioğlu KXCP-də hər hansı problemin və narazılığın olmadığını da qeyd edib: “Bütün məsələlərlə əlaqədar partiya sədri olaraq, atacağım addımlar var. Burada narazılıqdan söhbət getmir. Sadəcə, hər kəs öz daxilindən gələni edir”.

Z. Məmmədli isə partiyadaxili məsələlərlə bağlı verdiyi açıqlamalara nəsə əlavə etmək istəmədiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR