Bank Of Baku

AMİP digər partiyalarla əməkdaşlığın prinsiplərini müəyyənləşdirib

AMİP digər partiyalarla əməkdaşlığın prinsiplərini müəyyənləşdirib
# 03 noyabr 2008 08:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bir sıra məsələlərlə bağlı istənilən müxalifət partiyası ilə əməkdaşlığa açıq olduğunu elan edib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, bu qərar Siyasi Şuranın ötən gün keçirilən iclasında qəbul olunub. İclasda müxalifət partiyaları ilə əməkdaşlıqla bağlı müxtəlif təkliflər irəli sürülsə də, sonda əhalinin siyasi fəallığının artırılması, insan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının müdafiə edilməsi və Qarabağ problemi ilə bağlı məsələlərdə siyasi partiyalarla əməkdaşlıq mümkün sayılıb. Ə. Orucov bildirib ki, qərara uyğun olaraq bir sıra partiyalarla danışıqlar aparılacaq. O, hələlik əməkdaşlığın çərçivəsinin tam müəyyən edilmədiyini söyləyib.

İclasda AMİP-in növbəti bələdiyyə seçkilərində aktiv iştirak etməsi barədə qərar da qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR