Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib
# 03 noyabr 2008 11:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, yığıncaqda quruma üzv olmaq istəyən 3 partiyanın müraciətinə baxılıb və bununla bağlı müzakirələrin davam etdirilməsi məqsədəuyğun hesab olunub. Toplantıda DUİ-nin müxalifət düşərgəsində təmsil olunan siyasi partiya və bloklarla əməkdaşlığı məsələsi də müzakirə mövzusu olub. Sədrlər Şurası müxalifət düşərgəsində yaxınlaşmaların əldə edilməsi istiqamətində aparılan danışıqları müsbət qiymətləndirib, həmçinin yaradılması nəzərdə tutulan bu təşkilatların fəaliyyət istiqamətlərinin müəyyənləşməsinin zəruriliyi qeyd olunub. İclasda Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan prezidentlərinin Moskvadakı görüşünə də münasibət bildirilib və rəsmi Moskvanın münaqişənin həlli istiqamətində atacağı addımlara inamsızlıq nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR