Bank Of Baku

Sərdar Cəlaloğlu: ”Siyasi partiyaları konstruktiv müxalifətçiliyə çağıracağıq“

Sərdar Cəlaloğlu: ”Siyasi partiyaları konstruktiv müxalifətçiliyə çağıracağıq“
# 03 noyabr 2008 11:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Biz konstruktiv müxalifətçilik kursunun Azərbaycanda siyasi platformaya çevrilməsinə çalışacağıq. Ona görə də bu kursu təbliğ edəcək və siyasi partiyaları bu mövqeyə çağıracağıq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Digər partiyaların bu çağırışa aqressiv yanaşmasını təbii qəbul edən S. Cəlaloğlunun sözlərinə görə, indiki məqamda həmin qüvvələrin strategiyası fərqli olduğundan bu şəkildə reaksiya verirlər: “Amma mənə elə gəlir ki, hər hansı radikal yolla Azərbaycanda siyasi nəticələrə nail ola bilmiriksə, ən azı məntiq tələb edir ki, biz konstruktiv yolu sınayaq. Bununla bağlı digər partiyaların rəhbərləri ilə qeyri-rəsmi müzakirələr aparmışam, onları bu yola dəvət etmişəm. Amma çox təəssüf ki, onlar öz məntiqləri çərçivəsində mənə etirazlarını bildiriblər, çalışıblar ki, özlərinin haqlı olduqlarını sübut etsinlər. Biz bu ideyanı siyasi kurs kimi qarşıya qoymamışıq, sadəcə, çağırış edirik, siyasi qüvvələr də öz seçimində azaddır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR