Bank Of Baku

Azərbaycan İslam Partiyası Baş Məclisinin toplantısı keçirilib

Azərbaycan İslam Partiyası Baş Məclisinin toplantısı keçirilib
# 03 noyabr 2008 14:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin toplantısı keçirilib. AİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda partiyanın təşkilatlanması, müxalifət düşərgəsində təmsil olunan partiyalarla münasibətlər, Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, cəmiyyətdə milli-mənəvi dəyərlərə münasibət və digər məsələlər müzakirə olunub. Toplantıda ölkədə dini təfriqəçilik salmaqda maraqlı olan qüvvələrin fəaliyyəti də müzakirə edilib və Azərbaycan müsəlmanlarından bu məsələlərə həssaslıqla yanaşmaq xahiş olunub. Bununla bağlı Baş Məclisin tərəfindən verilən bəyanatda isə gənclərin bu dini cərəyanlara meyl etməsi qorxulu tendensiya kimi qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR