Bank Of Baku

Müxalifətin Əməkdaşlıq Mərkəzinin genişləndirilməsi məsələsi müzakirə olunmur

Müxalifətin Əməkdaşlıq Mərkəzinin genişləndirilməsi məsələsi müzakirə olunmur
# 04 noyabr 2008 10:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müxalifətin Əməkdaşlıq Mərkəzinin (MƏM) genişləndirilməsi ilə bağlı bu formata daxil olan partiyalar arasında hər hansı müzakirə aparılmır. Bu barədə APA-ya açıqlamasında MƏM-də təmsil olunan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Onun sözlərinə görə, mərkəzdəki partiyaların bəziləri yalnız bir-iki dəfə bu təkliflə çıxış ediblər.

Lakin sonradan formatın genişləndirilməsi məsələsi tamamilə gündəmdən çıxarılıb: “Hazırda formatın genişlənməsi barədə mərkəzdə heç bir müzakirə aparılmır. Sadəcə mətbuatda bununla bağlı müəyyən fikirlər səslənir. Hazırda mərkəzdə təmsil olunan təşkilatların birgə fəaliyyəti üçün hədəflərin müəyyənləşdirilməsi prosesi gedir. Yaxın zamanlarda bu müzakirələrə son qoyulacaq. Ondan sonra isə konkret taktiki addımlarımız bəlli olacaq”.

Qeyd edək ki, MƏM-də Müsavat, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları və “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR