Bank Of Baku

Akif Şahbazov: “Kimin nə deməsindən asılı olmayaraq, Açıq Cəmiyyət Partiyası müxalifət partiyasıdır”

Akif Şahbazov: “Kimin nə deməsindən asılı olmayaraq, Açıq Cəmiyyət Partiyası müxalifət partiyasıdır”
# 04 noyabr 2008 11:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Kimin nə deməsindən asılı olmayaraq, Açıq Cəmiyyət Partiyası müxalifət partiyasıdır və müxalifətçilik fəaliyyətini davam etdirəcək”. Bu sözləri APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov deyib. Bəzi siyasətçilərin artıq ACP-ni müxalifət partiyası hesab etməməsini gülünc sayan A. Şahbazovun fikrincə, belə bir fon yaranır ki, siyasi partiyalar hakimiyyətə gəlmək uğrunda yox, müxalifətdə qalmaq uğrunda mübarizə aparırlar: “Ona görə də gündəmin əsas mövzusu “kim müxalifətdir, kim müxalifət deyil” şəklində formalaşıb. Bu, acı gülüş və ikrah hissi doğuran bir mənzərədir. Kimin müxalifət olub-olmadığını zaman göstərəcək. Hansısa siyasi qüvvə separat danışıqlar aparırsa, gizli üsullarla hakimiyyətdən yararlanırsa, müxalifət hesab olunmamalıdır. İkili oyun oynamaqla siyasi gündəmdə qalmaq hələ həmin partiyanın səmimi olaraq müxalifət mövqeyi tutması demək deyil. Biz hakimiyyətin qüsurlarını yenə də deyəcəyik, müsbət addımlarını isə təqdir edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR