Bank Of Baku

Lalə Şövkət Müxalifətin Əməkdaşlıq Mərkəzinin “Azadlıq” bloku adı altında fəaliyyət göstərməsini təklif edir

Lalə Şövkət Müxalifətin Əməkdaşlıq Mərkəzinin “Azadlıq” bloku adı altında fəaliyyət göstərməsini təklif edir
# 04 noyabr 2008 12:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Müxalifətin hər hansı başqa birliyinin yaranması naminə “Azadlıq” blokunun fəaliyyəti dayandırılmamalıdır. Əksinə, biz bu blokun fəaliyyətini uzun müddət davam etdirmək fikrindəyik”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunun həmtəsisçilərindən olan Milli Birlik Hərəkatının lideri Lalə Şövkət deyib. Onun sözlərinə görə, əslində blokun fəaliyyətinin dayandırılması məsələsi gündəmdə deyil, Müxalifətin Əməkdaşlıq Mərkəzində (MƏM) təmsil olunan digər qurumlar da bunu şərt kimi irəli sürməyiblər: “Bu məsələ müzakirə obyekti deyil. Ona görə ki, “Azadlıq” bloku bu gün yaranan digər birliklərdən daha dayanıqlıdır. Blokun öz strategiyası, öz taktikası, öz planı var. Ona görə də “Azadlıq” blokunun dağılması mümkün deyil. Əksinə, blok daha da möhkəmlənə bilər. Mən belə düşünürəm”.

Lalə Şövkət hesab edir ki, MƏM-in “Azadlıq” bloku adlanması və bu ad altında fəaliyyətini davam etdirməsi daha düzgün addım olardı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR