Bank Of Baku

Deputat: “2009-cu ilin dövlət büdcəsində neftin qiymətinin 60-70 dollar civarında götürülməsini təklif edəcəyik”

Deputat: “2009-cu ilin dövlət büdcəsində neftin qiymətinin 60-70 dollar civarında götürülməsini təklif edəcəyik”
# 04 noyabr 2008 12:35 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvləri 2009-cu ilin dövlət büdcəsində neftin qiymətinin 60-70 dollar civarında götürülməsi təklifi ilə çıxış edəcəklər. Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının üzvü Vahid Əhmədov APA-ya bildirib ki, gələn ilin büdcə layihəsində neftin qiyməti 1 barel üçün 80 dollardan hesablanıb, lakin hazırda dünyada qara qızılın qiymətində ucuzlaşma baş verdiyindən bu amilin nəzərə alınmasını vacibdir: “Hər şey noyabrın 6-da keçirilən müzakirələr zamanı bəlli olacaq”

V. Əhmədov, həmçinin bildirib ki, neftin qiymətinin düşməsi büdcə xərclərinə o qədər də təsir etməyəcək: “Çünki neftdən gələn gəlirlər əsasən Neft Fondunda toplanır”.

Deputat 2009-cu ilin dövlət büdcəsində əhalinin sovet dövründə banklarda qalan əmanətlərinin qaytarılması ilə bağlı layihənin də nəzərə alınmasını təklif edəcəklərini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR