Bank Of Baku

Qüdrət Həsənqulyev: “Böyük Quruluş Partiyası və Aydınlar Partiyası ilə birlik yaratmaq məsələsini bir daha qaldırmayacağıq”

Qüdrət Həsənqulyev: “Böyük Quruluş Partiyası və Aydınlar Partiyası ilə birlik yaratmaq məsələsini bir daha qaldırmayacağıq”
# 04 noyabr 2008 14:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Böyük Quruluş Partiyası və Aydınlar Partiyası ilə birlik yaratmaq üçün bu partiyaların rəhbərləri ilə danışıqlar aparmışdım və onlar razılıq vermişdilər. Amma sonradan Fazil Qəzənfəroğlu və Qulamhüseyn Əlibəyli mətbuata verdikləri açıqlamalarda tamam fərqli mövqe nümayiş etdirdilər”. Bu sözləri APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib. O, yenidən bu məsələyə qayıtmağa ehtiyac görmədiyini bildirib: “Düşünürəm ki, yəqin o şəxslər mənimlə danışanda “yox” deməkdən utandıqları üçün razılıq veriblər, amma sonradan mətbuata fərqli fikir bildiriblər. Ona görə də biz bu məsələni yenidən qaldırmayacağıq. Maraq göstərməsələr, bu məsələ arxivdə qalacaq. Mən onların açıqlamalarından sonra əlaqə saxlayıb, danışmağa da ehtiyac görmədim. Biz onsuz da tez-tez görüşürük. Onlar birliyə maraq göstərsələr, mən öz təşəbbüsümdən geri çəkilməmişəm, birlik yaratmağa hazırıq. Əgər onlar istəməyəcəksə, bu da normal qarşılanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR