Bank Of Baku

Müsavat Partiyası 2009-cu ili “Rəsulzadə ili” elan edib

Müsavat Partiyası 2009-cu ili “Rəsulzadə ili” elan edib
# 10 noyabr 2008 08:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illik yubileyi münasibətilə 2009-cu ili “Rəsulzadə ili” elan edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərar partiya Məclisinin iclasında qəbul olunub. Yubileylə bağlı bir sıra tədbirlər həyata keçirmək nəzərdə tutulub. Bu istiqamətdə M. Ə. Rəsulzadənin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa və elmi-praktik konfransın keçirilməsi, Bakı Dövlət Universitetinə Rəsulzadəni adının qaytarılması və Bakı şəhərində onun heykəlinin ucaldılmasına nail olmaq üçün mümkün olan addımların atılması planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR