Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Goranboy rayonunun Tapqaraqoyunlu kəndini intensiv atəşə tutmağa başlayıb

Ermənistan Silahlı Qüvvələri Goranboy rayonunun Tapqaraqoyunlu kəndini intensiv atəşə tutmağa başlayıb
# 10 noyabr 2008 10:04 (UTC +04:00)
Goranboy. Teymur Zahidoğlu-APA. Bu gün saat 10.00 radələrindən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun işğal altında olan Talış kəndi istiqamətindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini, o cümlədən Goranboy rayonunun Tapqaraqoyunlu kəndini intensiv atəşə tutmağa başlayıblar. APA-nın yerli bürosunun xəbərinə görə, Ermənistan Silahlı Qüvvələrinin Tapqaraqoyunlu kəndinə müxtəlif çaplı, eyni zamanda iri çaplı pulemyotlarla açdığı atəş nəticəsində kənddəki evlərə ziyan dəyib. Evlərin divarları, şüşələri dağılıb. Kənd sakinlərindən xəsarət alan olmayıb. Qeyd edək ki, ermənilər Tapqaraqoyunlu kəndini hazırda atəş altında saxlayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR