Bank Of Baku

Prezident İlham Əliyev dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadəni qəbul edib

Prezident İlham Əliyev dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadəni qəbul edib
# 10 noyabr 2008 15:06 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 10-da “Bakutel-2008” XIV Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan dünya şöhrətli alim, həmyerlimiz Lütfi Zadəni qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ilk dəfə 1965-ci ildə Bakıda birgünlük səfərdə olduğunu xatırladan alim budəfəki səfərin onda böyük təəssürat yaratdığını söyləyib. O, ötən dövr ərzində Azərbaycanın xeyli dəyişdiyini, Bakıda böyük abadlıq və quruculuq işləri ilə yanaşı, elmin və mədəniyyətin inkişafının da yüksək səviyyədə olduğunu vurğulayıb. Lütfi Zadə əldə olunan bütün bu nailiyyətləri Azərbaycan prezidentinin elmə və mədəniyyətə göstərdiyi qayğı və diqqətin nəticəsi kimi dəyərləndirib.

Öz növbəsində, dövlət başçısı bildirib ki, Azərbaycan hazırkı imkanlarından istifadə etməklə elmin, təhsilin və mədəniyyətin müxtəlif sahələrini inkişaf etdirməyi, ən müasir texnologiyaların tətbiqini qarşıya məqsəd qoyub. Prezident İ. Əliyev deyib ki, indi ölkə üçün başlıca prioritet məsələ qeyri-neft sektorunun inkişaf etdirilməsidir. “Bakutel-2008” XIV Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətindən danışan dövlət başçısı informasiya texnologiyaları sahəsində ölkəmizin dünyanın qabaqcıl şirkətləri ilə sıx əməkdaşlıq etdiyini və Azərbaycanın yaxın gələcəkdə bu sahədə regionun mərkəzinə çevrilməsi üçün yaxşı imkanlarının olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR