Əli Kərimli: “Son seçkidə kimlərin konstruktiv müxalifət kimi müəyyənləşdirilmiş standartlara uyğunlaşdığını gördük”
AXCP sədri Müxalifətin Əməkdaşlıq Mərkəzinin (MƏM) formatının genişlənməsi və funksional əməkdaşlıqdan strukturlaşmış birliyə çevrilməklə bağlı təklifinin Müsavat tərəfindən qəbul edilməməsi ilə bağlı suala cavabında isə bildirib ki, o, hazırda formatın genişləndirilməsində israr etməyib: “Əgər Müsavat Partiyası və ya Klassik Xalq Cəbhəsi Partiyası bizim birliyimizə qoşulmaq istəsə, bu yaxşı olardı. Amma bizimlə seçkilərə münasibətdə oxşar mövqe ifadə edən, eyni prinsipləri bölüşən başqa siyasi təşkilat tapmaqda çətinlik çəkirəm. Ona görə də bu birliyi süni şəkildə, kəmiyyət dalınca qaçaraq genişləndirməyi hədəf kimi qarşıya qoymağı düzgün hesab etmirəm. Əlbəttə, həyatda dinamika, dəyişiklik var, ola bilsin ki, bu gün yanlış mövqedə olan, tərəddüd edən siyasi qüvvələr bir müddətdən sonra daha birmənalı siyasi kurs seçəcəklər. O zaman bizim də əməkdaşlıq üçün qapılarımız həmin qüvvələrin üzünə açıq olmalıdır. Yəni biz qapalı bir format yaratmırıq. Son prezident seçkilərində həqiqəti deyə bilən əsas qüvvələri əhatə etmişik. Mənim təklifim bu qüvvələrin daha da sıx inteqrasiyasına nail olmaqla bağlıdır. Biz düz edib ilkin addımı funksional əməkdaşlıqdan başladıq. Amma bu bizim tələbatımızı tam ödəyə bilməz. Ona görə də hesab edirəm ki, əməkdaşlığı dərinləşdirməliyik və açıq şəkildə bəyan etməliyik ki, hətta qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə vahid seçki blokunda getmək barədə düşünürük. Mən bu məsələdə Müsavat Partiyasının birmənalı etirazına rast gəlməmişəm. Ayrı-ayrı funksionerlərin fikirləri ilə mətbuatda tanış olmuşam, amma partiyanın əməkdaşlığın dərinləşdirilməsinin və inteqrasiyanın davam etdirilməsinin əleyhinə olması barədə fikirlərlə tanış deyiləm. Ümidvaram ki, Müsavat da bu inteqrasiyanın dərinləşməsinə maraq göstərəcək”.
“Azadlıq” blokunun siyasi fəaliyyətini davam etdirəcəyini deyən Ə. Kərimli bu qurumun seçki bloku olmadığını xatırladıb: “Blokdakı partiyalar kifayət qədər yaxın münasibətdədir və bu münasibətləri qoruyub saxlamaq ümumi müxalifətin maraqlarına uyğundur. Ona görə də seçkidə kimin necə təmsil olunacağı bizim üçün problem deyil. Sadəcə, gələcəkdə müxalifətin daha geniş spektrində də hazırda “Azadlıq” blokunda olan səmimi atmosferin formalaşmasını arzu edirəm”.
Ə. Kərimlinin fikrincə, seçkilər ölkədəki siyasi qüvvələrə daha bir son baxış olub və bu baxış kimlərin öz prinsipial siyasətlərini davam etdirə bildiklərini müəyyənləşdirib: “Biz gördük ki, kimlər artıq konstruktiv müxalifət kimi müəyyənləşdirilmiş standartlara uyğunlaşıblar. Biz hökumətin müəyyənləşdirdiyi çərçivəyə daxil olmamış siyasi qüvvələrin daha sıx inteqrasiyasına nail olmaq və ölkədəki çatışmazlıqlara qarşı mübarizə aparmaq, müəyyən azadlıq adalarını qoruyub saxlamaq, onların sərhədlərini genişləndirmək, demokratiya üçün addım-addım da olsa, müəyyən işlər görməyi düşünürük”.
Ə. Kərimli konstruktiv müxalifət anlayışı ilə bağlı da danışıb və YAP funksionerlərin ölkənin hazırkı aparıcı müxalifətinin yalnız seçkidə iştirak edən qüvvələrdən ibarət olduğunu demələrinə də münasibət bildirib: “Hakimiyyət özünə müxalifət seçə bilməz. Müxalifət ya olursan, ya da olmursan. Əgər siyasi qüvvə öz fəaliyyəti ilə iqtidarın marağına xidmət edirsə, o, ümumiyyətlə, müxalifət deyil. Müxalifət iqtidarda olan qüvvənin əleyhinə olan, onun siyasətini bəyənməyən, onun hakimiyyətini dəyişmək istəyən qüvvələrin təmsil etdiyi təşkilatdır. Əgər bir siyasi qüvvənin qarşısında iqtidarı dəyişmək məqsədi yoxdursa, o özünü necə müxalifət adlandıra bilər?”
AXCP sədri bələdiyyə və parlament seçkilərində iştirak etməyə meylli olduqlarını da söyləyib. Onun sözlərinə görə, seçkilər yaxınlaşdıqca ölkədəki siyasi vəziyyət bu qərara təsir göstərə bilər: “Biz hesab edirik ki, bu seçkilərdə çoxlu sayda iddialı olduğuna görə, vətəndaşları kütləvi şəkildə aktiv mübarizəyə cəlb etmək üçün yaxşı fürsət var. Amma yenə də seçkidə iştirakla bağlı son qərarı seçkilər yaxınlaşanda verəcəyik”.
Ə. Kərimli deyib ki, rəhbərlik etdiyi partiyadan olan son itkilər prinsipial siyasətləri ilə bağlıdır: “Məsələn, biz seçkiyə getsəydik, Qulamhüseyn Əlibəyli partiyadan istefa verməyəcəkdi. Biz partiya üçün hətta önəmli olan bir neçə nəfərin getməməsi naminə, bütövlükdə təşkilatın prinsiplərini ayaqlaya bilməzdik”.
AXCP sədri seçkilərdən sonra partiyasının cəmiyyətdə mövqeyinin gücləndiyini bildirsə də, partiya üzvlərinin prezident seçkilərində iştirak edib-etməməsi ilə bağlı məlumatı olmadığını deyib: “Biz xüsusi olaraq bunun monitorinqini aparmamışıq”.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
İran ABŞ-ın Küveytdəki qüvvələrinə zərbələr endirib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Yaponiyanın cənub-qərbində 5,2 bal gücündə zəlzələ olub
Lula da Silva: Braziliya ABŞ qarşısında geri addım atmayacaq
Dohada partlayış səsləri eşidilib
CENTCOM: ABŞ İrana qarşı yeni zərbələr dalğasını başa çatdırıb - YENİLƏNİB
İran ordusu ABŞ-ın Bəhreyndə yerləşən aviabazasına pilotsuz uçuş aparatları ilə hücum edib.
ABŞ-ın İrana zərbəsi nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb - VİDEO
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb
Konqoda Ebola xəstələri xəstəxanaya hücumdan sonra qaçıblar
Çin təlimlərdə 203 millimetrlik M110 haubitsalarından istifadə edib
Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələyə yüksəlib
İranda hava limanı raket zərbəsinə məruz qalıb
FT: Fedorovun vəzifədən uzaqlaşdırılması Ukrayna hakimiyyəti daxilində fikir ayrılıqlarını üzə çıxarıb
Ağ Ev: Tramp İsrailin ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığını düşünür
Biləsuvarda zəncirvari qəza olub, bir nəfər ölüb
İranın Buşehr, Əhvaz və İranşəhr şəhərlərində partlayışlar baş verib
Niderlandda isti hava şəraiti səbəbindən su qıtlığı rejimi elan olunub
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Macarıstanda sabiq XİN başçısı Peter Siyartonun dövlətə xəyanət iddiaları üzrə araşdırma aparılır
Livitt: Trampın xalqa müraciəti seçkilərin təhlükəsizliyinə həsr olunacaq
Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib
Zelenski Hakan Fidanı ordenlə təltif edib
Ağ Ev: Vaşinqton və Tehran arasında danışıqlar davam edir
Ağ Ev: Tramp futbol üzrə dünya çempionatının finalını izləyəcək
Polşa müharibəyə hazırlıq statusu ilə bağlı yeni qanun hazırlayır
Dubay hakimiyyəti partlayışlarla bağlı məlumatı təkzib edib - YENİLƏNİB
Britaniya və İsveç Ukraynaya 16 hərbi təyyarə alacaq
XİN: Odessa yaxınlığında vurulan gəminin azərbaycanlı kapitanının nəşi tapılıb
Qusarda dini mövzuların mediada təqdimatı ilə bağlı konfrans keçirilib - YENİLƏNİB
ABŞ Bəndər-Abbas yaxınlığındakı hədəflərə raket zərbələri endirib
Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Ramin Məmmədov: Bu gün Azərbaycanda dövlət-din siyasəti uğurla həyata keçirilir
Rəsmi Tehran: ABŞ bazalarının İrana qarşı istifadəsinə icazə verən ölkələr tam məsuliyyət daşıyacaq
Tehranda avtobus yeddi nəqliyyat vasitəsi ilə toqquşub, 6 nəfər xəsarət alıb
"Baku TV"nin direktoru: Dini savadlılıq bu gün üçün olduqca aktualdır
Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutulub
Altı ayda korrupsiya ilə bağlı 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
Baş Prokurorluq: 3,8 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
APA TV-nin baş direktoru: Dini sabitliyin qorunmasında medianın rolu böyükdür
Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük dövriyyəsi altı dəfə artıb
Tərtərdə minik avtomobili yük maşını ilə toqquşub, 2 nəfər ölüb
ƏƏSMN-də Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş keçirilib
Kiberpolis “TikTok”, “Instagram” və “Telegram”da süni intellektlə qadınları şantaj edən şəxsləri saxlayıb - VİDEO
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Bakıda prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub