Bank Of Baku

Lalə Şövkət: “Müxalifətin əməkdaşlığının, birliyinin uzunmüddətli olması üçün bir çox məsələlərə aydınlıq gətirilməlidir”

Lalə Şövkət: “Müxalifətin əməkdaşlığının, birliyinin uzunmüddətli olması üçün bir çox məsələlərə aydınlıq gətirilməlidir”
# 11 noyabr 2008 10:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatı müxalifətin əməkdaşlığının, birliyinin tərəfdarıdır. Amma bu birliyin uzunmüddətli olması üçün bir çox məsələlərə aydınlıq gətirilməlidir”. Bu sözləri APA-ya açıqlamasında Milli Birlik Hərəkatının sədri Lalə Şövkət deyib. O bildirib ki, Müxalifətin Əməkdaşlıq Mərkəzi öz fəaliyyətini davam etdirmək fikrindədir. Mərkəzin yenidən toplaşması üçün tələsməyə ehtiyac olmadığını söyləyən L. Şövkət hesab edir ki, hər şeyi ölçüb-biçmək lazımdır: “Ona görə də bəri başdan gərək bir çox məsələlər müzakirə olunsun. Milli Birlik Hərəkatında və Liberal Partiyasında da müzakirələr gedir - özü də uzun müddətdir. Bu yaxınlarda da müzakirə apardıq və ümumi mövqeyimizi bildirdik. Biz əməkdaşlıq tərəfdarıyıq. Amma bunun üçün ilk olaraq ortaya fəaliyyət planı qoymalıyıq. Hazırda bu məsələlər müzakirə obyektidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR