Adil Əliyev: “Məhərrəm Əliyev vəzifəsindən istefa verəndən sonra bəziləri mənə salam vermirdilər”-MÜSAHİBƏ
- Artıq üç ildir ki, deputatsınız. Milli Məclis kənardan baxanda maraqlı görünürdü, ya deputat olandan sonra?
- Təbii ki, Milli Məclis kənardan baxanda daha maraqlı görünür. Ümumilikdə hər şeyin kənardan maraqlı göründüyün söyləmək olar. Milli Məclisə gəlmək nağıllar aləminə səyahət etmək kimi bir şeydir. Mən Milli Məclisə kənardan baxanda fikirləşirdim ki, onun içinə daxil olmaqdan böyük nailiyyət ola bilməz... Təbii ki, indiyə kimi həyatımda ən böyük qələbəm Milli Məclisə deputat seçilməyim olub. Kikboksinq üzrə dünya çempionu adını qazansam da, deputatlığı ən böyük qələbəm hesab edirəm.
- Sizin 2005-ci ilin parlament seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbərə qalib gəlməyiniz cəmiyyətdə birmənalı qarşılanmadı.
- Bir misal çəkmək istəyirəm. Bu il keçirilən prezident seçkilərində İlham Əliyevin təbliğatçı-təşviqatçı vəkili kimi iştirak edirdim. Adamlar deyirdilər ki, artıq öz seçimlərini ediblər. Yəni dövlət başçısı fəaliyyət göstərdiyi 5 il ərzində öz gündəlik işi ilə təbliğatını aparmışdı. 2005-ci ilin parlament seçkilərində isə bizim dairədə 21 deputatlığa namizəd mübarizə aparırdı. Onların arasında tanınmış şəxslər də vardı. Namizədlərdən biri də İsa Qəmbər idi. Mən seçki prosesində apardığım ədalətli mübarizə nəticəsində qalib gəlmişəm. Bu gün çox arxayın şəkildə deyə bilərəm ki, indiki müxalifət liderlərinin hamısına bir yerdə qalib gəlməyə qadirəm. Hər bir kəs öz fəaliyyətinin qiymətini alır. Mən Nərimanov rayonu ərazisində bölmə rəisi olanda pul yox, hörmət qazanmışam. Həmin vaxt rayon sakinlərinin əksəriyyəti ilə ünsiyyət qurmuşam. Bunun da nəticəsində əhali mənə etimad göstərib. Deputat seçiləndən sonra isə çox iş görmüşəm.
- Parlamentdə bitərəf deputat kimi müstəqilliyi qorumaq nə dərəcədə mümkündür?
- Ümumiyyətlə müstəqilliyi qorumaq həmişə çətindir. Mən çalışıram ki, öz müstəqilliyimi saxlayım. Adam gərək böyüməyi də, kiçilməyi də bacarsın. Bəzən bir ağsaqqalın qarşısında kiçilməyi bacarmaq və ya özündən aşağı olan bir insanın səviyyəsinə düşüb onunla danışmaq lazımdır. Həm dövlət, həm də onun vətəndaşı müstəqil olanda daha gözəl olur. Bu mənada mən özümü yaxşı hiss edirəm. Dövlətimizin müstəqilliyinə baxanda, özümə inamım daha da artır. Azərbaycanın müstəqilliyinin qorunub saxlanması bizim ən böyük qələbəmizdir. Şəxsi müstəqilliyi qoruyub saxlamaq isə elə dövlətin müstəqilliyini qoruyub saxlamaq qədər çətin və şərəflidir.
- Milli Məclisin fəaliyyətindən razısınız?
- Mən, ümumiyyətlə, parlamentin sədri Oqtay Əsədovun işindən razıyam. Milli Məclisin spikeri doğrudan da hər kəslə danışmağın yolunu bilir. O öz işinin öhdəsindən gəlir. Spiker hamıya eyni gözlə baxır.
- Bitərəf deputat kimi iqtidar və müxalifətdən olan həmkarlarınızın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Onlardan mən yox, seçiciləri razı qalmalıdır. Bu barədə mənim fikrim önəmli deyil. Ancaq onların içərisində hörmət etdiyim şəxsiyyətlər var.
- Deputat olmaq asandır ya çətin?
- Mənim üçün deputat olmaq çətindir. Amma elə adamlar var ki, deputat olmaq onun üçün çox asandır. Çünki seçici marağının onun üçün əhəmiyyəti yoxdur. Belə adamlar daha çox öz şəxsi problemlərin həlli ilə məşğul olurlar. Onların mandatı ciblərində, diplomatik pasportları əllərindədir. Biznes-klassla uçur, VİP-dən qarşılanırlar. Bu şərtlər həmin şəxslər üçün ən böyük nailiyyətdir. Mənim üçün isə arxada qalan 3 il çox çətin olub.
- Növbəti parlament seçkilərində iştirak edəcəksiniz?
- Bu gün hələ qərar qəbul edə bilməmişəm. Hələ parlament seçkisinə 2 il qalır. Digər tərəfdən də bir sıra məsələlər var ki, onlar həll olunmamış bir söz deyə bilmərəm. Ola bilsin ki, seçkiyə bir neçə ay qalmış qərara gəlim.
- Deputat olmaq yaxşıdır, yoxsa polis zabiti?
- Mən bölmə rəisi işləmişəm. Ancaq gənc yaşlarından hərbi forma daşımışam. Ali Hərbi Dənizçilik Məktəbini bitirmişəm. Bundan sonra dörd il Polis Akademiyasında təhsil almışam. Vladimir Putinin bir sözü var: “Biz hərb adamları öz yerimizi sırada həmişə tapacağıq”. Qaldı ki, polis və ya deputat vəzifəsinin hansının daha yaxşı olmasına, əlbəttə ki, deputat olmaq daha yaxşıdır. Polis olmaq nə qədər şərəflidirsə, o qədər də ağırdır. Polisin şəxsi həyatı olmur. Günün istənilən vaxtı sənə zəng edib, haradasa baş vermiş hadisə yerinə çağıra bilərlər və ya gecə növbələrində qala bilərsən. Polis zabiti cavabdeh olduğu ərazini beş barmağı kimi tanımalıdır. Bu mənada polis işləmək asan deyil.
- Milli Məclisin az danışan deputatlarındansınız. Ancaq bir neçə çıxışınız müzakirələrə səbəb olub. Parlamentin sonuncu iclasında Nərimanov rayonunda qanunsuz tikililərlə bağlı çıxışınız isə həmkarlarınız tərəfindən etirazla qarşılandı.
- Populist çıxışları sevmirəm. Qaldırılan bir problemi isə təkrar etmək istəmirəm. Elə deputatlar var ki, onların işi birbaşa danışmaqla bağlıdır. Onlar həqiqətən də natiqdirlər. Qaldı qaldırdığım məsələnin etirazla qarşılanmağına, əgər çıxışım həmkarlarımdan ikisi tərəfindən etirazla yanaşılıbsa, əlli ikisi razılığını bildirib. Onlar tribunadan çıxış etməsələr də, sonra yaxınlaşıb qaldırdığım məsələyə görə təşəkkürlərini bildirdilər. O ki qaldı mənə etiraz edən həmkarlarıma, hamı hamını bizi yaxşı tanıyır. Kimin kim olduğunu və nəyə qadir olduğunu çox gözəl bilirlər. Kimin kimə qiymət verə biləcəyini də hamı gözəl başa düşür. Mən öz vəzifə borcumu yerinə yetirib problemi qaldırmışam. Nərimanov rayonunun rəhbərliyi ilə heç bir düşmənçiliyim yoxdur. Sadəcə, seçicilərim mənimlə üzbəüz gələndə sual verirlər ki, nəyə görə onların problemlərini parlamentdə qaldırmıram? Onların problemini qaldırmaq mənim vəzifə borcumdur.
- Hazırda neçə vəzifəniz var?
- Mən Azərbaycan Kikboksinq Federasiyasının prezidentiyəm. Bu federasiya Azərbaycanda öndə gedən idman təşkilatlarından biridir. 2007-ci ildə bizim idmançılar ölkəyə gətirdiyi medallara görə birinci yerə çıxıblar. Mən hesab edirəm ki, bu il də birinci yeri tutacağıq. Bundan başqa, Azərbaycan İdmanının Azarkeşləri və Azərbaycan Veteran İdmançıları İctimai Birliklərinin də rəhbəriyəm. Bu qurumların hamısı idmanla bağlıdır. Hər şeydən əvvəl isə Milli Məclisin deputatıyam.
- Bəs “Neftçi” futbol klubunda vitse-prezidenti vəzifəsindən niyə istefa verdiniz?
- Bu klubun rəhbəri AFFA-nın prezidenti seçiləndən və “Neftçi” klubunun rəhbərliyindən gedəndən sonra mən də öz vəzifəmdən istefa verdim. Burada başqa səbəb yoxdur. Sadəcə, klub rəhbərliyi dəyişdiyi üçün mən də getmək qərarı verdim.
- Siz həm də peşəkar idmanla məşğulsunuz...
- Mən həm kikboksinq, həm də cüdo ilə məşğulam. Həftənin bütün günləri məşq edirəm. Son vaxtlar keçirilən beynəlxalq yarışlarda da özümü sınayıram. Bu il Kiprdə kikboksinq üzrə keçirilən dünya çempionatında qalib gəlmişəm. İndi yeni yarışlara hazırlaşıram.
- Qardaşınız, Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev Bakı Şəhər Baş Polisi İdarəsinin rəisi vəzifəsindən istefa verəndə çoxları bunu onun “vurulma”sı kimi qiymətləndirdi.
- Mən Məhərrəm Əliyevlə fəxr edirəm, onun kiçik qardaşı olmağımla qürur hissi keçirirəm. Qaldı onun “vurulma”sına mən bunu başqa cür qiymətləndirirəm. O, “vurulmayıb”, daha yüksək vəzifəyə təyin edilib. Prezident İlham Əliyev ona böyük etimad göstərib. Azərbaycan tarixində hansı polis rəisi səfir təyin edilib? “Vurulan” insana səlahiyyətli səfir rütbəsi verilərmi? Təəssüf ki, Azərbaycanda belə düşünənlər var. Heç vaxt cəmiyyətdə uğur qazana bilməyən bir qrup adam başqalarının uğurlarına kölgə salmaqla məşğul olur. Məhərrəm Əliyev vəzifəsindən istefa verəndən sonra bəziləri mənə salam vermirdilər. Onlarla qarşılaşanda üzlərini yana tutub gedirdilər.
- İnternetdən istifadə edirsiniz?
- Hər gün internet saytlarını oxuyuram. Demək olar ki, nout-book yanımdan əskik olmur.
- Ailəniz haqqında nə deyə bilərsiniz?
- Üç övladım var. Böyük oğlum Əli 11 yaşındadır. O, ingilis dilində təhsil alır və idmanla məşğul olur. Çalışıram ki, oğlanlarımı Vətənə layiq əsgər kimi yetişdirim...
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
İran ABŞ-ın Küveytdəki qüvvələrinə zərbələr endirib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Yaponiyanın cənub-qərbində 5,2 bal gücündə zəlzələ olub
Lula da Silva: Braziliya ABŞ qarşısında geri addım atmayacaq
Dohada partlayış səsləri eşidilib
CENTCOM: ABŞ İrana qarşı yeni zərbələr dalğasını başa çatdırıb - YENİLƏNİB
İran ordusu ABŞ-ın Bəhreyndə yerləşən aviabazasına pilotsuz uçuş aparatları ilə hücum edib.
ABŞ-ın İrana zərbəsi nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb - VİDEO
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb
Konqoda Ebola xəstələri xəstəxanaya hücumdan sonra qaçıblar
Çin təlimlərdə 203 millimetrlik M110 haubitsalarından istifadə edib
Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələyə yüksəlib
İranda hava limanı raket zərbəsinə məruz qalıb
FT: Fedorovun vəzifədən uzaqlaşdırılması Ukrayna hakimiyyəti daxilində fikir ayrılıqlarını üzə çıxarıb
Ağ Ev: Tramp İsrailin ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığını düşünür
Biləsuvarda zəncirvari qəza olub, bir nəfər ölüb
İranın Buşehr, Əhvaz və İranşəhr şəhərlərində partlayışlar baş verib
Niderlandda isti hava şəraiti səbəbindən su qıtlığı rejimi elan olunub
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Macarıstanda sabiq XİN başçısı Peter Siyartonun dövlətə xəyanət iddiaları üzrə araşdırma aparılır
Livitt: Trampın xalqa müraciəti seçkilərin təhlükəsizliyinə həsr olunacaq
Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib
Zelenski Hakan Fidanı ordenlə təltif edib
Ağ Ev: Vaşinqton və Tehran arasında danışıqlar davam edir
Ağ Ev: Tramp futbol üzrə dünya çempionatının finalını izləyəcək
Polşa müharibəyə hazırlıq statusu ilə bağlı yeni qanun hazırlayır
Dubay hakimiyyəti partlayışlarla bağlı məlumatı təkzib edib - YENİLƏNİB
Britaniya və İsveç Ukraynaya 16 hərbi təyyarə alacaq
XİN: Odessa yaxınlığında vurulan gəminin azərbaycanlı kapitanının nəşi tapılıb
Qusarda dini mövzuların mediada təqdimatı ilə bağlı konfrans keçirilib - YENİLƏNİB
ABŞ Bəndər-Abbas yaxınlığındakı hədəflərə raket zərbələri endirib
Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Ramin Məmmədov: Bu gün Azərbaycanda dövlət-din siyasəti uğurla həyata keçirilir
Rəsmi Tehran: ABŞ bazalarının İrana qarşı istifadəsinə icazə verən ölkələr tam məsuliyyət daşıyacaq
Tehranda avtobus yeddi nəqliyyat vasitəsi ilə toqquşub, 6 nəfər xəsarət alıb
"Baku TV"nin direktoru: Dini savadlılıq bu gün üçün olduqca aktualdır
Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutulub
Altı ayda korrupsiya ilə bağlı 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
Baş Prokurorluq: 3,8 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
APA TV-nin baş direktoru: Dini sabitliyin qorunmasında medianın rolu böyükdür
Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük dövriyyəsi altı dəfə artıb
Tərtərdə minik avtomobili yük maşını ilə toqquşub, 2 nəfər ölüb
ƏƏSMN-də Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş keçirilib
Kiberpolis “TikTok”, “Instagram” və “Telegram”da süni intellektlə qadınları şantaj edən şəxsləri saxlayıb - VİDEO
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Bakıda prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub