Bank Of Baku

DADP-dən istefa verən Samir Adıgözəlli Böyük Millət Partiyasını bərpa edəcək

DADP-dən istefa verən Samir Adıgözəlli Böyük Millət Partiyasını bərpa edəcək
# 11 noyabr 2008 13:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) üzvlüyündən istefa verən Samir Adıgözəlli Böyük Millət Partiyasını (BMP) bərpa edəcək. APA-nın məlumatına görə, bu barədə S. Adıgözəlli bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, DADP-nin noyabrın 8-də keçirilən Siyasi Şurasının iclasında bundan əvvəl partiyanı tərk etmiş şəxslərlə barışıq əldə edilməsi təklifi ilə çıxış edib. Lakin DADP sədri Məmməd Əlizadə bunun əleyhinə olduğuna və “gedənlərə yaxşı yol, kim istəsə indi də gedə bilər” dediyinə görə Samir Adıgözəlli partiyadan istefa verdiyini bildirib: “Biz artıq qurultaya hazırlıq üzrə təşkilat komitəsini yaratmışıq və dekabrın ilk günlərində qurultayı keçirəcəyik”. S. Adıgözəlli DADP-dən istefa vermiş digər şəxslərin də BMP-də təmsil olunacağını qeyd edib.

DADP sədrinin keçmiş müavini Məmiş Cəfərov isə keçmiş sədrini qanunları pozmaqda, partiya işini bilməməkdə ittiham edib. Onun sözlərinə görə, DADP üzvlərinin əksəriyyəti artıq bu partiyanın sıralarını tərk edib. Keçmiş müavin istefaların davam edəcəyini bildirib və bunun başlıca günahının partiya sədrinin idarəçiliyində olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR