Bank Of Baku

Məmməd Əlizadə: “Demokratik Azərbaycan Dünyası Partiyasında heç bir parçalanma baş verməyib”

Məmməd Əlizadə: “Demokratik Azərbaycan Dünyası Partiyasında heç bir parçalanma baş verməyib”
# 12 noyabr 2008 11:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Demokratik Azərbaycan Dünyası Partiyasında heç bir parçalanma baş verməyib. Partiyadan cəmi 11 nəfər mənim əmrimlə xaric olunub. Çünki həmin insanlar partiyada pozuculuq əməlləri aparırdılar”. Bu fikirləri APA-ya açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə deyib. Onun sözlərinə görə, prezident seçkiləri ərəfəsində partiyanın rəhbərliyində təmsil olunan bir qrup şəxs rəhbərliyin göstərişlərinə qarşı çıxdığı üçün öz vəzifələrindən azad ediliblər: “Onlar seçkiyə bir neçə gün qalmış müşahidəçilərimizə demişdilər ki, məntəqələrə getməsinlər, onsuz da müşahidəçilik boş şeydir. Mən də onları vəzifələrindən azad edəndən sonra partiyadan istefa verdilər”. M. Əlizadə partiyanın Siyasi Şurasının sonuncu iclasında Samir Adıgözəlli ilə mübahisə yarandığını və onun da partiyadan istefa verdiyini bildirib: “Biz gedənin qarşısını ala bilmərik. Partiyanın parçalanması barədə deyilənlərin isə əsası yoxdur. Əksinə partiyanın təşkilatlanma işi daha da sürətlənib və bir qrup sanballı adam DADP-yə daxil olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR