Bank Of Baku

YAP funksioneri: “Bəzi partiyalar səfirliklərin, beynəlxalq təşkilatların qapısını kəsdirməkdənsə, Maliyyə Nazirliyinin qapısını kəsdirsinlər”

YAP funksioneri: “Bəzi partiyalar səfirliklərin, beynəlxalq təşkilatların qapısını kəsdirməkdənsə, Maliyyə Nazirliyinin qapısını kəsdirsinlər”
# 12 noyabr 2008 12:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Milli Məclisin bu gün keçirilən iclasının birinci hissəsində “2009-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib. APA-nın məlumatına görə, millət vəkilləri qanuna əlavə və təkliflərini səsləndiriblər. Millət vəkili Siyavuş Novruzov büdcənin geniş müzakirəsinə tərəfdar olmadığını deyib ölkədə görülən hər bir işin hesabat xarakteri daşıdığını və bunu hamının bildiyini vurğulayıb. O, Azərbaycan büdcəsinin neftdən asılı olması barədə deyilənlərin yanlış olduğunu qeyd edib. S. Novruzov Naxçıvandan Qarsa dəmiryolu çəkilməsini təklif edib, Bakı-Naxçıvan təyyarə reysinin biletlərinin qiymətinin aşağı salınmasını təklif edib.

O, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinin həllini tapmasının vacibliyini də vurğulayıb: “Bəzi partiyalar maliyyə almaq üçün səfirliklərin, beynəlxalq təşkilatların qapısını kəsdirirlər. Onlara verilən maliyyənin qarşılığında isə üzərlərinə müəyyən öhdəliklər götürürlər. Bundansa, Maliyyə Nazirliyinin qapısını kəsdirsinlər, heç kimin qarşısında da öhdəlikləri olmasın”.

Millət vəkili Hadı Rəcəblə əhalinin tibbi sığorta ilə bağlı məsələlərin həllini tapmasını vacib sayıb. İqbal Ağazadə hökumətin idarə olunmasında, strukturlarda islahatların aparılmasının, bəzi nazirliklərin ləğv olunmasının vacibliyini qeyd edib: “Elə dövlət komitələr var ki, onlar idarə səviyyəsində də işləyə bilmirlər. Belə komitələrə də ehtiyac yoxdur”. İ. Ağazadə dövlət büdcəsindən KİV və QHT-lərə vəsait ayrılmasını yüksək qiymətləndirib.

Yaqub Mahmudov Qubadakı məzarlığın məhv olmaq təhlükəsində olduğunu və buraya diqqət ayrılmasını vacib sayıb. Azay Quliyev də QHT-lərə ayrılan vəsaitin artırılmasını yüksək qiymətləndirib. Millət vəkili sosial ipotekalara ayrılan 14 milyon manatın az olduğunu deyib, bu məbləğin artırılmasını təklif edib. Zahid Oruc isə təhsil sahəsində islahatların gücləndirilməsinin vacib olduğunu qeyd edib, bu sahədə çalışan şəxslərin əmək haqlarının artırılmasını zəruri sayıb.

Müzakirələr Milli Məclisin iclasının ikinci hissəsində davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR