Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
# 13 noyabr 2008 06:47 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri noyabrın 12-də saat 13.25-dən 13.45-dək Ermənistan Respublikası Berd rayonu Ayqepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini, saat 13.55-dən 14.10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, noyabrın 13-də saat 02.30-dan 02.55-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.15-dən 03.40-dək isə Tərtər rayon rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR