Bank Of Baku

ABŞ-da keçirilən seçkiləri müşahidə etmiş Məzahir Pənahov təəssüratlarını MSK üzvləri ilə bölüşüb

ABŞ-da keçirilən seçkiləri müşahidə etmiş Məzahir Pənahov təəssüratlarını MSK üzvləri ilə bölüşüb
# 13 noyabr 2008 14:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda sentyabrın 26-dan bəri keçirilmiş 6 iclasın protokolu təsdiq edilib. MSK sədrinin müavini Svetlana Qasımova deyib ki, bir sıra mətbuat orqanlarında yazılanların əksinə olaraq MSK bütün sənədlərin hazırlanmasına xüsusi diqqətlə yanaşır. O bildirib ki, qurumun keçirdiyi bütün iclasların protokolları yüksək peşəkarlıqla, qanunauyğun şəkildə hazırlanır. Buna şübhəsi olan istənilən şəxs protokollarla tanış ola bilər.

İclasda həmçinin 46 saylı Şirvan Dairə Seçki Komissiyasının və 76 saylı Lənkəran-Masallı DSK-nın tərkibinə dəyişiklik edilib. ABŞ-da keçirilən prezident seçkilərini müşahidə etmiş sədr Məzahir Pənahov təəssüratlarını MSK üzvləri ilə bölüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR