Bank Of Baku

Məzahir Pənahov: “Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin öhdəsindən yüksək səviyyədə gəldi”

Məzahir Pənahov: “Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin öhdəsindən yüksək səviyyədə gəldi”
# 13 noyabr 2008 14:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Mərkəzi Seçki Komissiyası Azərbaycanda oktyabrın 15-də keçirilən prezident seçkilərinin öhdəsindən yüksək səviyyədə gəldi. Bu seçkilərin müsbət mənada əks-sədası hələ də eşidilir”. APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun iclasında deyib. O bildirib ki, beynəlxalq təşkilatların rəhbərləri seçkilərin yüksək səviyyədə keçdiyini MSK-ya göndərdikləri məktublarda və keçirdikləri görüşlərdə də dilə gətirirlər: “Hətta ATƏT-in ilkin hesabatında aşağı seçki komissiyalarının maarifləndirilməsi və peşəkarlığının artırılması ilə bağlı məqamlar müsbət hal kimi qeyd olunub”. M. Pənahov seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması işinin davam etdiriləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR