Bank Of Baku

Arif Hacılı: “Müxalifətin yeni birliyinin yaradılması məqsədilə iki istiqamətdə müzakirələr aparılır”

Arif Hacılı: “Müxalifətin yeni birliyinin yaradılması məqsədilə iki istiqamətdə müzakirələr aparılır”
# 06 dekabr 2008 11:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müxalifətin yeni birliyinin yaradılması məqsədilə iki istiqamətdə müzakirələr aparılır. Burada həm siyasi partiyaların blokunun, həm də siyasi qüvvələrin ən geniş siyasi mərkəzinin yaradılması nəzərdə tutulub”. Müsavat Partiyasının Mərkəzi Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, prosesə maneçilik törətməmək üçün müzakirələrin detalları haqda açıqlama vermək istəmir: “Amma müzakirələr dayanmayıb. Bu günlərdə isə Müsavat Partiyasının başqanı İsa Qəmbər ölkədə siyasi proseslərə təsir imkanları olan iki partiyanın rəhbəri ilə görüşüb. Həmin məsələ ətrafında müzakirələr aparılıb”. A. Hacılı müzakirələrə qoşulan partiyaların sayı haqda onda məlumat olmadığını da söyləyib: “Prosesdə iştirak edən qurumların sayını deyə bilmərəm. Amma onu bilirəm ki, müzakirələrdə Müsavat Partiyası, Azadlıq blokuna və Demokratiya Uğrunda İttifaqa daxil olan partiyalar, o cümlədən digər qurumlar cəlb olunub”. O, müzakirələrin ikitərəfli və çoxtərəfli məsləhətləşmələr formasında iki qaydada həyata keçirildiyini də deyib: “Bu ilin sonuna qədər bir çox suallara aydınlıq gətiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR