Bank Of Baku

ADP Ali Məclisinin toplantısı keçirilib

ADP Ali Məclisinin toplantısı keçirilib
# 06 dekabr 2008 11:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün ADP Ali Məclisinin növbəti toplantısı keçirilib. ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda prezident seçkisinin yekunları ilə bağlı İdarə Heyətinin qərarı təsdiq olunub, partiya quruculuğu və qarşıdan gələn seçkilərə hazırlığa dair məsələlər müzakirə edilib. Partiyanın Ali Məclisi toplantının yekunlarına dair bəyanat verib. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində Madrid prinsipləri qəbuledilməz hesab olunub və prosesin NATO-nun Baltikyanı sammitində müəyyən edilən müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsipləri çərçivəsində aparılması məqsədəuyğun sayılıb. Bəyanatda müxalifətdaxili proseslərə də münasibət bildirilib: “ADP müxalifət daxilində inteqrasiyadan yayınma meyllərinin artmasına görə narahat olduğunu bildirir, müxalifətdə olan siyasi qüvvələrin inteqrasiyasının mövcud vəziyyətdən ən düzgün çıxış yolu kimi dəyərləndirir və siyasi partiyaları bu istiqamətdə addımlar atmağa çağırır. Ali Məclis hesab edir ki, demokratik müxalifət qarşıdakı bələdiyyə və parlament seçkilərində birgə iştirak etmək istiqamətində danışıqlara başlamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR