Bank Of Baku

BAXCP Ali Məclisi bələdiyyə seçkilərinə hazırlıqla bağlı qərar qəbul edib

BAXCP Ali Məclisi bələdiyyə seçkilərinə hazırlıqla bağlı qərar qəbul edib
# 06 dekabr 2008 18:24 (UTC +04:00)
BAXCP mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, 2009-cu ildə keçiriləcək bələdiyyə seçkiləri və partiyanın 2009-cu il üçün fəaliyyət istiqamətləri müzakirə olunub.

İctimai-siyasi vəziyyətlə bağlı BAXCP sədri Qüdrət Həsənquliyev çıxış edib. O, Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan, ümumdünya iqtisadi böhranının Azərbaycana təsirlərindən, Türkiyə-Ermənistan münasibətlərindəki yaxınlaşmadan və Türkiyənin bu mövqeyinin Azərbaycan ictimaiyyətini narahat etməsindən danışıb. Sədr bildirib ki, 2009-cu il bələdiyyə seçkilərində fəal iştirak etmək lazımdır.

Ali Məclis ölkədəki ictimai-siyasi vəziyyətlə və 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR