Bank Of Baku

Ermənilər atəşkəs rejimini pozublar

Ermənilər atəşkəs rejimini pozublar
# 10 dekabr 2008 08:00 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələrinin bölmələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 9-da saat 16.00-dan 16.25-dək fasilələrlə Noyemberyan rayonunun Voskepar, Voskevan və Vazaşen, İcevan rayonunun Berkaber kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Quşçu Ayrım və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 22.45-dən 22.55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR