Bank Of Baku

Şəmsəddin Hacıyev: “Payız sessiyasında “Təhsil haqqında” qanun layihəsini zorla da olsa, müzakirəyə çıxarmalıyıq”

Şəmsəddin Hacıyev: “Payız sessiyasında “Təhsil haqqında” qanun layihəsini zorla da olsa, müzakirəyə çıxarmalıyıq”
# 10 dekabr 2008 09:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Payız sessiyasının sonuna kimi “Təhsil haqqında” qanun layihəsi yüz faiz müzakirəyə çıxarılmalıdır. Biz zorla da olsa, sənədi müzakirəyə çıxarmalıyıq”. Bu sözləri APA-ya Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev deyib. Komissiya sədri dekabrın 12-də Milli Məclisin spikeri Oqtay Əsədovla görüşərək, payız sessiyasının sonuna kimi “Təhsil haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması ilə bağlı danışıqlar aparacağını bildirib.

Qanun layihəsinin müzakirəyə tam hazır olduğunu qeyd edən Ş. Hacıyev sənədin payız sessiyası başa çatana kimi ikinci oxunuşda qəbul oluna biləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR